Almaniyada qaçqınların sayı 1950-ci ildən bu yana rekord həddə çatıb və ölkəyə 3,5 milyon insan gəlib. Bu barədə sentyabrın 20-də “Neue Osnabrücker Zeitung”a (NOZ) istinadən “İzvestiya.ru” məlumat yayıb.
Bu rəqəmin ötən ilin sonu ilə müqayisədə 60 min nəfər çox olduğu dəqiqləşdirilir.
“Bu, 1950-ci illərdən bəri ən yüksək səviyyədir”, - nəşr bildirib.
Bundan əlavə, nəşrə görə, 3,5 milyon insan arasında, demək olar ki, 1,18 milyonu Ukrayna vətəndaşıdır.
Bundan əvvəl, avqustun 23-də Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek demişdi ki, Almaniyaya gələn ukraynalı qaçqınlar işləməlidirlər. Habekin fikrincə, iş miqrantlar üçün lazımdır - Ukrayna vətəndaşları Almaniya sakinləri ilə tam bərabər əsasda işləməlidirlər.
P.ƏMİRCANOV
XQ