ATMU beynəlxalq əməkdaşlığı genişləndirir

post-img

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin rəhbər heyəti  ilə  Rusiya Federasiyasında fəaliyyət göstərən Sankt – Peterburq turizm və qonaqpərəvərlik üzrə Beynəlxalq Kompetensiya Mərkəzinin nümayəndələri arasında görüş keçirilib. 

ATMU-nun rektoru İlham Mədətov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitətəfli münasibətlərin bütün istiqamətlərdə,o cümlədən təhsil və turizm sahələrində də inkişaf etdiyini diqqətə çatdırıb. Rektor turizm təhsili verən ali təhsil müəssisələri arasında ölkə miqyasında ilk dəfə beynəlxalq ikili diplom proqramını həyata keçirən ATMU-da   təhsil sistemi, mövcud fakultələr və beynəxalq əlaqələrin dinamik inkişafı məsələlərindən ətraflı bəhs edib.

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) rəhbərlyi tərəfindən səmimi qarşılandıqlarından məmnunluq bildirən Sankt-Peterburq turizm və qonaqpərvərlik üzrə Beynəlxalq Kompetensiya Mərkəzinin səlahiyyətli nümayəndələri yaxın gələcəkdə iki qurum arasında mümkün əməkdaşlıq əlaqələrinin genişlənəcəyinə əminlik ifadə ediblər. 

Z.HÜSEYNOVA
XQ







Təhsil