Avtomat, tapança və narkotik aşkarlanıb

post-img

Aprelin 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng, 1 qumbara, 1 alışdırıcı, 2 patron darağı və 346 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Məlumatı DİN mətbuat xidməti verib.  

Aprelin 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 2 tüfəng, 3 patron darağı  aşkar edilərək götürülüb.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə şəhər sakini R.Vəlizadə saxlanılıb. Ondan ümumi çəkisi 815 qrama yaxın heroin, marixuana və tiryək, həmçinin nömrəsi silinmiş “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

 

Araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat