Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizin müdrik liderliyiniz və hökumətinizin paraidman təşəbbüslərinə fəal sərmayə qoyması ilə Azərbaycan Respublikası Paralimpiya Hərəkatında köklü dəyişikliklərə nail olub.

Bir daha Sizə səmimi təbriklərimi çatdırır və paraidman növlərinin daha da inkişafı üçün birgə səylərimizin davam edəcəyinə əmin olduğumu bildirirəm.

Hörmətlə,

 

Endryu Parsons

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti

Məktublar