Müəllimlər üçün VIII qrant müsabiqəsinə sənəd qəbulunun son günüdür

post-img

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır. 

Bu barədə “XQ”-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə dövlət tam orta məktəblərdə və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. 

Layihə sənədlərinin qəbulu www.grants.edu.az saytı üzərindən həyata keçirilir. 

Rizvan FİKRƏTOĞLU
XQ

Təhsil