“Erməni xalqının rus boyunduruğunu atmağının vaxtı çatıb”

post-img

Ən azı iki əsrdir ki, Rusiya Zaqafqaziyada öz hakimiyyətini gücləndirmək və saxlamaq üçün erməni xalqından və Ermənistandan istifadə edib. İndi erməni xalqının rus boyunduruğunu atmağının vaxtı çatıb.

“Caliber” xəbər verir ki, bunu politoloq Qaregin Miskaryan Ermənistan KİV ilə söhbətində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri “qəsdən pozması” ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Kreml Cənubi Qafqazı tərk etdiyi üçün ürəyi qırılır, çünki burada qalmaq üçün yeganə şans Ermənistanın yoxsullaşması və satılması bahasına özünü qorumaqdır, Ermənistan isə suverenlik yolunda ciddi addımlar atır”, - deyə politoloq bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya