Paşinyan: Ermənistan tanınmış sərhədlərindən kənar ərazilərə iddia etmir

post-img

Ermənistan hökuməti hesab edir ki, Azərbaycan yeni irimiqyaslı müharibəyə başlamaq üçün səbəb axtarır və bunun üçün keçən əsrin 90-cı illərində hərbi əməliyyatlar nəticəsində İrəvanın nəzarətinə keçmiş 4 kənd ətrafındakı vəziyyətdən istifadə edə bilər.

TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Artaşatda partiya yoldaşları ilə görüşündə deyib .

“Biz heç vaxt bu kəndlərin ərazisinə iddia etməmişik. Xüsusilə Azərbaycanın regionda yeni genişmiqyaslı müharibəyə başlamaq üçün səbəb tapmağa çalışdığı bizə aydın olan şəraitdə bunu ifadə etmək lazımdır. Bizim siyasi mövqeyimiz isə belədir: biz ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ərazilərə, o cümlədən, Azərbaycanın bəhs etdiyi kəndlərə iddia etmirik”, - deyə N.Paşinyan bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya