Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.
Martın 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 tüfəng, 1 patron darağı və 15 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir.
Martın 30-da və 31-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ