Xankəndidə erməni terrorçularından qalmış silah-sursatların aşkarlanması istiqamətində işlər davam etdirilir.
DİN mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaratan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, 1870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
P.ƏMİRCANOV
XQ