Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qaraçala və Qızılağac kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arasında nikahların mənfi nəticələri” mövzularında maarifləndirici görüşlər keçirilib.
Tədbirlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. Şöbə rəisi bildirib ki, “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir. Bu cür halların qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür və gənclərin bu maddələrin qurbanına çevrilməsində əsas rol oynayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar.
Digər mövzu ətrafında çıxış edən tədbir iştirakçıları məktəblilərə dəyərli tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar.
Hər iki görüşün sonunda narkotiklərin fəsadlarından bəhs edən film nümayiş etdirilib.
Rizvan FİKRƏTOĞLU
XQ