Nazir yaşlı müəllimlərin 30-40 il əvvəl öyrəndiklərini indi də uşaqlara öyrətməsini tənqid etdi

post-img

Ötən əsrin 30-cu illərində tədris olunan fənlərin dərs saatları ilə bu günün dərs saatlarında heç bir fərq yoxdur. Tədris olunan fənlər, demək olar, dəyişməyib.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında dedi.

E.Əmrullayev bunu cəmiyyətin mühafizəkar mövqeyinin olması ilə əlaqələndirdi. Nazir yaşlı müəllimlərin 30-40 il əvvəl öyrəndiklərini indi uşaqlara öyrətməsini tənqid etdi. Onun sözlərinə görə bu, çox ciddi problemdir: “Qurum olaraq buna görə biz məsuliyyət daşısaq da, əslində bütün ictimaiyyəti maraqlandıran məsələdir”. 

Nazir dedi ki, söhbət tədris planını dəyişməkdən getmir, məzmun baxımından səriştəyə əsaslanan yeni modelli təhsilə keçiddən gedir.

Rizvan FİKRƏTOĞLU
XQ





Təhsil