Sarayda narkotiklərin satışı ilə məşğul olan şəxslə bağlı istintaqa başlanılıb

post-img

Abşeron Rayon Polis İdarəsinin həyata keçirdiyi tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Ağdam rayon sakini, 1993-cü il təvəllüdlü Arzuman Məmmədov saxlanılıb. 

Onun üzərinə və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. A.Məmmədov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Saray PB-də toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam etdirilir. 

XQ

Sosial həyat