Nazir: Müəllimin yarımştatlı işi ola bilməz

post-img

Müəllimin yarımştatlı işi ola bilməz. Müəllim tam ştatla çalışmalıdır. Növbəti illərdə çalışacağıq ki, müəllimlərin bir qismi daimi ştata keçirilsin. Müəllimin iş saatı 24 saatdırsa, əməkhaqqı da normal olur.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında dedi.

Nazir qeyd etdi ki, müəllimlərin güclü və bacarıqlı olması üçün sertifikasiya imtahanları vacibdir. Onun sözlərinə görə, sertifikasiyada iştirak etmiş 40 minədək müəllimdan 32 mini uğur qazanıb və onların əməkhaqqına əlavələr edilib. 

E.Əmrullayev əməkhaqqının artırılmasından sonra direktor olmaq istəyənlərin də sayının artdığını bildirərək, diqqətə çatdırdı ki, hazırda 896 direktor 2 050 manat, 2 691 direktor müavini 1 350 manat orta aylıq əməkhaqqı alır. 

Rizvan FİKRƏTOĞLU
XQ





Təhsil