Onlar xaricdə oxuyacaqlar

post-img

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycanın hüdudlarından kənarda oxuyan tələbələr diplom aldıqdan sonra yüksək ixtisaslı mütəxəssislər kimi Vətənə qayıdıb, siyasi, iqtisadi, social, elm, təhsil və sair sahələrdə çalışacaq, ölkənin tərəqqisinə layiqli töhfələr verəcəklər. Xaricdə qalan gənclərimiz isə orada Azərbaycan adını ucaltmaq, millətimizə şərəf gətirmək əzmindədirlər. Onlardan bir neçəsinin ürək sözlərini təqdim edirik.

Yüksək təqaüdlə Avropada bir neçə universitetə qəbul olu­nan Şəms Humay Nəsibzadə: 

– Amerika Birləşmiş Ştatla­rında (ABŞ) təhsil almaq mənim uşaqlıq arzum idi. Buna görə də öz üzərimdə ciddi çalışaraq, Bakı Slavyan Universitetinin nəzdin­dəki məktəb–lisey kompleksində təhsilimi fərqlənmə ilə başa vur­dum. Qəbul dəvəti çox ölkədən gəlib. ABŞ, Türkiyə, Macarıstan, Belçika və Finlandiyada ödəniş­siz, təqaüdlü təhsil hüququ qa­zanmışam. Hər biri üçün xarici dil bilgisindən imtahan və müsahibə verdim. Bununla yanaşı, riya­ziyyat və məntiq fənlərindən də imtahan verdim. “Türkiyə bursla­rı” təqaüd proqramında xüsusilə çətin oldu. Boğaziçi Universitetini seçdim, çünki məqsədim gələ­cəkdə ABŞ-da təhsil almaqdır. İki il Boğaziçi təhsilindən sonra oradan da ABŞ-a rahat gedə bilə­cəyəm. Kompüter mühəndisliyi üzrə təhsil alacaq, magistraturanı da ABŞ-da oxuyacağam. 

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedad­lar” liseyinin ötənilki məzunu, Sinqapur Milli Universitetinin tələbəsi Nəriman Şirinli: 

– Xaricdə təhsil imkanı qa­zanan gənclərin hansı hisslə­ri keçirdiklərini yaxşı bilirəm. Çünki özüm artıq 2-ci ildir ki, bu xoşbəxtliyə nail olmuşam. Bey­nəlxalq və yerli olimpiadalarda qalib gəlmişəm, hazırda Sinqa­purda kimya mühəndisliyi ixtisası üzrə təhsil alıram. 

Sinqapur Milli Universiteti xa­rici tələbələr üçün çoxlimitli bir ali təhsil ocağıdır. universitetdir. Hər bir xarici universitetdə oldu­ğu kimi, Sinqapur universitetində də təhsildə müəyyən fərqliliklər var. Məsələn, dərslərin keçirilmə stili fərqlidir. Elə dərslər var ki, 30 nəfər, elə dərslər də var ki, 5-6 min nəfər götürülür. Bu da bir çox mühazirələrin onlayn formada keçirilməsinə səbəb olur. Müəl­limlər, professorlar bu dərsləri ya “Zoom” platforması üzərindən keçir, ya da video formatda möv­zunu izah edirlər. Canlı dərslər isə 30 nəfərlik qruplar şəklində professor və ya professor kömək­çisi tərəfindən keçirilir. Qiymət­ləndirmə sistemində də fərqliliklər var. Orada olimpiadada olduğu kimi, medal, rəqabət sistemidir. Bakalavr olmağıma baxmayaraq, araşdırmalara qatıla, bir çox la­boratoriya işlərinə qoşulub, hətta elmi məqalələr də çıxara bilirəm. 

Dövlət Proqramı ilə Edin­burq Universitetinə qəbul olu­nan BDU məzunu Nihad Abbas:

– Ölkəmizi xaricdə təmsil etmək əvəzsiz duyğudur, şərəf işidir. Gözləmədiyim bir vaxt­da Dövlət Proqramının üçüncü mərhələ qalibləri açıqlandı və gördüm ki, mən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Kral­lığının Edinburq Universitetinə Dövlət idarəetməsi ixtisası üzrə qəbul olunmuşam. Bu uğuruma görə özümü məzunu olduğum Heydər Əliyev adına liseyə, eləcə də fərqlənmə diplomu ilə bitirdi­yim BDU-nun Beynəlxalq müna­sibətlər və iqtisadiyyat fakültəsinə borclu sayıram. Bu il Beynəlxalq münasibətlər ixtisasını və 94.35 ortalama ilə başa vurmuşam.

Ə.ƏLİYEV,
XQ





Təhsil