Dünya kibernetikləri Bakıda

post-img

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ), İnformasiya Texnologiyaları İnstitutu və ADA Universitetinin təşkilatşılığı ilə Bakıda “Kibernetika və İnformatika Problemləri” mövzusunda 5-ci beynəlxalq konfransı başlanıb. 

İSİ-nin baş direktoru, akade­mik Əli Abbasov bildirib ki, müasir dövrdə informasiya cəmiyyətinin prioritetlərindən biri də məhz ki­bernetika və informatika sahələ­rinin inkişafıdır. Bu baxımdan keçirilən konfransın əsas məqsə­di sözügedən sahələr ətrafında “Dövlət–Özəl–Akademik” əmək­daşlığın qurulması, problemlərin həlli üzrə dünya alimlərilə diskus­siyaların aparılmasıdır. 

Tədbirdə Elm və Təhsil Nazir­liyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, ADA Universite­tinin İcraçı prorektoru Fariz İsma­yılzadə, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru, Qazaxıs­tan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü Yedilkhan Amirgaliyev, İSİ-nin la­boratoriya müdiri, SİNAM MMC-nin prezidenti Elçin Əliyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşki­latı Parlament Assambleyasının (QDİƏT) baş katibi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Asəf Hacıyev çıxış edərək üç gün davam edəcək konfransın sözügedən sahələrdə mövcud problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığa yol açdı­ğını bildiriblər. 

XQ

Elm