Qırğızıstan Dünya Köçəri Oyunlarına hazırlaşır

post-img

Dünya Köçəri Oyunları beynəlxalq etnik idman yarışlarıdır. Köçəri xalqların ənənəvi idman növlərini və mədəniyyətini nümayiş etdirən beynəlxalq yarış və festivaldır.

VI Ümumdünya Köçəri Oyunları 2026-cı il avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçiriləcək. Təşkilat komitəsinin məlumatına görə, açılış mərasimi Bişkekdə olacaq. Oyunların özü və bağlanış mərasimi Çolpon-Ata şəhərində (İssık-Kul bölgəsi) keçiriləcək.

Ümumdünya Köçəri Oyunlarına 100 ölkədən qonaqların qatılacağı gözlənilir. 56 ölkədən 500-dən çox xarici jurnalistin gələcəyi gözlənilir. Təxminən 40-dan çox ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Ən məşhur yarış növləri at üstündə oyun, oxatma, müxtəlif milli güləş növləridir.

Məlumat üçün bildirək ki, Birinci Dünya Köçəri Oyunları 2014-cü ildə məhz Qırğızıstanda keçirilib. Azərbaycan da bu oyunlarda fəal iştirak edən ölkələr sırasındadır.

Məsaim ABDULLAYEV
XQ

Sosial həyat