Qazax qəzetləri uzaq kəndlərə də çatdırılır

post-img

Qazaxıstanda kənd yerlərində əhaliyə qəzetlər poçt vasitəsilə çatdırılır. Son illər isə ölkədə poçtlara kifayət qədər maliyyə ayrılmaması ölkə ziyalılarını narahat edir.

“Kazpravda.kz” saytının verdiyi məlumata görə, bir müddət əvvəl millət vəkili Əlibəy Nautiyev Qazaxıstan Senatının plenar iclasında diqqəti bu məsələyə yönəldib. Senator qeyd edib ki, maliyyə qıtlığı ölkədəki bir çox poçt filiallarının bağlanmasına gətirib çıxara bilər. Bu, öz növbəsində, ciddi ideoloji risklərə səbəb olacaq. Ə.Nauitiyevin sözlərinə görə, mövcud qanunlara uyğun olaraq, “Kazpoçt” ASC kənd yerlərinə dövri nəşrlərin çatdırılmasını təmin etməyə borcludur.

Senator həm də ona görə narahatdır ki, “poçt marşrutlarının azaldılması və poçt şöbələrinin bağlanması ucqar ərazilərin “informasiya təcridi”nə səbəb ola bilər.

Xatırladaq ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev hökumətin 2025-ci il 28 yanvarda keçirilən geniş iclasında ən ucqar yaşayış məntəqələri də daxil olmaqla, poçt şöbələrinin fasiləsiz işləməsini müvafiq qurumların rəhbərlərindən tələb edib.

Məsaim ABDULLAYEV
XQ

Sosial həyat