Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2025-ci il 21 iyun tarixli 632 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.
Nazirlikdən aldığımız məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatının daha da inkişafı məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirildiyini, aqrar sahədə əldə edilən uğurlar və nəticələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini deyib.
Dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən əməkdaşların dəyərləndirildiyi diqqətə çatdıran nazir bildirib ki, 21 iyun 2025-ci il tarixli Sərəncamla dövlət qulluqçularının təltif edilməsi onların əməyinə verilən yüksək dəyərdir.
Dövlət başçısının Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan 9 nəfərin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif etdiyini xatırladan nazir Məcnun Məmmədov göstərdiyi yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezidentin imzaladığı sərəncamla təltif olunan Nazirlik əməkdaşları verdiyi dəyərə görə dövlət başçısına təşəkkür ediblər.
Sonra təltif olunmuş nazirlik əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.