Sumqayıtda balacaların şənliyi

post-img

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın təşəbbüsü ilə Sumqayıt şəhər Sağlamlıq İmkanları məhdud uşaqlar üçün Xüsusi məktəbdə maraqlı bayram görüşü keçirilib.

Əvvəlcə uşaqların əl işi nümayiş olunub, onların yaradıcı potensialının təzahürləri sərgilənib. Məktəbin direktoru Arzu Alizadə qonaqları salamlayaraq belə tədbirlərin uşaqlara motivasiya olduğunu, onlara xoş ovqat aşıladığını qeyd edib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində məktəbin və sağlamlıq imkanları məhdud uşaqların daim sevgi ilə əhatə olunduğu diqqətə çatdırılıb. Tədbir uşaqların ifasında müxtəlif rəqslər, şeir və musiqi ifalarının təqdimatı ilə davam edib.

Deputat Elnarə Akimova uşaqlara üz tutaraq deyib ki, əziz gündə onlarla birlikdə olmaqdan böyük bir qürur və sevinc hissi keçirir. “Bu tədbir sevgi, anlayış, dəstək və birlik tədbiridir. Bugünkü görüşümüz, hər bir fərdin cəmiyyətimiz üçün nə qədər dəyərli olduğunu bir daha xatırladır”.

Sonra Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova ilə birgə uşaqlara hədiyyələr təqdim olunub və hamının birgə rəqsi ilə tədbir yekunlaşıb.

XQ

Sosial həyat