Bank kartı məlumatları məxfidir, onıarı paylaşmayın, təhlükə var - DİQQƏT

post-img

Bank kartlarından oğurluq halları dünən də davam edib. DİN-in məlumatına görə, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. 

Məlumata görə, mayın 19-da ayrı-ayrı vətəndaşların bank kartlarından 14195, 6000, 3042, 1065, 1000, 700, 478, 426 manat pul vəsaitləri müxtəlif kiber üsulla oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, belə zənglər dərhal bloklanmalıdır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat