Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edilib

post-img

Bakı Şəhər DYP İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri - Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıblar.

Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 gün inzibati qaydada həbs ediliblər. Bununla yanaşı, N.Şirinov da 15 gün inzibati qaydada həbs edilib, E.Xozin isə cərimə olunub.

P.ƏMİRCANOV
XQ

Sosial həyat