Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilib.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, görülən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində bir çox ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.
Hazırda bəzi istiqamətlərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.
XQ