İşdən sonra evə gedərkən tıxaclarda, yaxud hər hansı problemin həlli zamanı əsəbləşib ikiqat yorulanlar da olur. Mütəxəssislərin fikrincə, belə yorğunluğu və əsəbi yalnız bəzi bitki çayları və bitki tərkibli içkilərlə aradan qaldırmaq mümkündür.
Dietoloq Darya Rusakova hansı içkilərin sakitləşmək üçün təsirli ola biləcəyini açıqlayıb:
– Yalnız əsəbi vaxtlarda deyil, ümumiyyətlə, yorğunluğu aradan qaldırmaq, ruhən dincəlmək üçün kofeinsiz içkilər, məsələn, çobanyastığı, nanə, lavandalı çaylar, eləcə də apteklərdən əldə edilə bilən bitki mənşəli içkilər içmək məsləhətdir.
Əgər bir insan isteriya keçirirsə, bir stəkan soyuq su ona kömək edəcək. Bir tərəfdən bu, psixoloji səviyyədə bir hərəkətdir ki, insanı narahat edən amildən yayınmağa imkan verir.
Digər tərəfdən, həzm sisteminin damar şəbəkəsi olduğundan və həm soyuq, həm də isti içkilər içərkən, damarların reaksiyası olduğu üçün bu, qan axınının daha yaxşı paylanmasına kömək edir.
Bu gerçəyi dərk edən müdriklərimiz də deyiblər: “Əsəbləşmisən, 1 stəkan su iç!”
Z.HÜSEYNLİ
XQ