Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilmişdir.
Gəncə Şəhər Ekoloji Park Kompleksinin ərazisində baş tutan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, ali məktəblərin rektorları, icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Aksiya zamanı simvolik olaraq 44 ədəd Eldar şamı əkilib, onlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Qeyd edək ki, Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasının məqsədi, həmçinin ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncəİki