Ucqarlarda yaşayan gənclərə xidmət marafonu

post-img

Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc könüllülər”in birgə təşkil etdiyi “Səyyar gənclər xidməti” 2 aya yaxındır ki, bölgələri dolaşır. Layihənin növbəti icra ünvanı Masallı olub.

Ucqar kəndlərdə yaşayan gənclərin xidmət və proqramlara əlçatanlığının ar­tırılmasına, bununla bağlı maarifləndir­məyə, eləcə də gənclərin sosial fəallığının dəstəklənməsinə yönəlmiş bu aksiya cənub rayonunda 5 gün davam edəcək. Masallı şəhər Sakit Tağıyev adına 4 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimin­də rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəli­lov layihənin əhəmiyyətini vurğulayıblar. Onlar gəncləri dövlətin yaratdığı imkan və fürsətlərdən fəal yararlanmağa çağırıblar. 

Sonra yerli gənclərin musiqili çıxışla­rının sədaları altında STEAM formatlı in­novativ sərgiyə baxış olub. Süni intellekt alətləri ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ekoloji təsvirlər və rəsm əsərləri nümayiş etdirilib. Virtual eynəklə yaxın-uzaqlara səyahət təşkil edilib. 

Bildirilib ki, aksiya günlərində müxtə­lif xidmətlər təklif olunacaq. Xidmətlər sırasında gənclərə şəxsi anketin (CV) ya­radılması öyrədiləcək, “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera”, “Sağlam və təhlükəsiz həyat” mövzularında təlimlər keçiriləcək. Ucqar məntəqələrdə roboto­texnika, rəsmçəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə ustad dərsləri aparılacaq. Müxtəlif yarışlar, vətənpərvər­lik mövzusunda “Xəmsə” intellektual oyu­nu təşkil ediləcək. Yarış və məşğələlərdə fərqlənən gənclər mükafatlandırılacaq.

“Səyyar gənclər xidməti” layihəsinin 5 günlük silsilə aksiyaları oktyabradək 10 şəhər və rayonu, Naxçıvanın ucqar kəndlə­rini də əhatə edəcək.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat