Qitə dövlət də “yaşıl”laşır

post-img

Avstraliya hökuməti “SunCable” şirkətinin günəş panelləri şəbəkəsinin quraşdırılmasını nəzərdə tutan və dəyəri 24 milyard dollar təşkil edən layihəsini təsdiqlədi. Bu plan dünyada ən böyük günəş panelləri şəbəkəsinin qurulmasını nəzərdə tutur. Belə bir iddia irəli sürülür ki, layihə Avstraliyanı “yaşıl enerji” sahəsində ön sıralara çıxaracaq. Ancaq reallıq budur ki, ada ölkə Qərbin kömürdən aktiv istifadə edən yeganə nümayəndəsi olaraq qalır.

Günəş panelləri 12,4 min hektar əra­zidə yerləşdiriləcək və əldə edilən ener­ji kabel vasitəsilə Avstraliyanın Darvin şəhərinə, daha sonra isə 4,3 min kilometr uzunluğunda dənizaltı kabel ilə Sinqapura ötürüləcək. Layihə “Australia-Asia Power­Link” adlanır. Günəş panellərinin 17-20 QVt gücündə olacağı, rezervuarların isə 36-42 QVt-a qədər elektrik enerjisi sax­layacağı iddia edilir. Layihənin yekun təs­diqi 2027-ci ilə qədər gözlənilir və günəş enerjisi 2030-cu ildə istehsal olunmağa başlanılacaq. 

Ümumiyyətlə, Avstraliya unikal Qərb ölkəsidir ki, ənənəvi olaraq təbii ehtiyatları almır, ixrac edir. Söhbət mayeləşdirilmiş təbii qaz, kömür, dəmir filizi, qızıl, nikel və neftdən gedir. Avstraliya minerallarının aktiv alıcısı da Çindir. Maraqlıdır ki, ada ölkənin elektrik enerjisinə olan tələbatının 47 faizi hələ də ən çirkli enerji mənbəyi olan kömür hesabına ödənilir. Eyni zaman­da, Avstraliya alternativ enerji sahəsində də inkişaf etməyə çalışır. Bir çox avstra­liyalı günəş panellərindən istifadə edir. Cənubi Avstraliyanın dağ silsilələri günəş şüaları ilə yanaşı, külək enerjisindən də ak­tiv istifadə etməyə imkan verir. 

Bununla belə, hökumət ənənəvi ener­jiyə son qoymağa da tələsmir. Ancaq yerli hökumət də anlayır ki, təmiz enerjiyə keçid gec-tez baş verməlidir. Buna görə də yuxa­rıda adıçəkilən layihənin həyata keçirilmə­sinə “yaşıl işıq” yandırıldı. Hökumətin bu addımı yaşıl enerji tərəfdarları tərəfindən də müsbət qarşılandı. Hazırda bərpa olu­nan enerji mənbələri ölkənin elektrik ener­jisinə olan tələbatının 32 faizini təmin edir. Avstraliya hökumətinin nümayəndələri bildirirlər ki, Sinqapurla birgə layihə ada ölkənin alternativ enerji sahəsində super­dövlətə çevirməyə kömək edəcək bir ad­dımdır. Layihə 14,3 min avstraliyalını işlə də təmin edəcək.

Xüsusilə qeyd etmək lazımdır ki, ha­kimiyyətdə olan Leyboristlər Partiyasının müxalifəti təmsil edən Liberal Partiyası ilə kömürün necə əvəz olunacağı ilə bağlı fikir ayrılıqları var. Liberal lider Peter Dat­ton düşünür ki, onun partiya üzvləri ölkədə ilk atom elektrik stansiyası tikməyi plan­laşdırırlar. Ancaq leyboristlər nüvə enerjisi əvəzinə “yaşıl” enerjiyə tam keçidə üstün­lük verirlər. İndiyə qədər avstraliyalıları daha çox solçu qüvvələri dsətəkləyirlər. Bundan başqa, hər tərəfdən okeanlarla əhatə olunmuş Avstraliya, xüsusən də əha­lisinin böyük əksəriyyətinin sahil zonala­rında yaşadığını nəzərə alsaq, iqlim dəyi­şikliyindən digər ölkələrə nisbətən daha çox əziyyət çəkmək riski daşıyır. Ona görə də ada ölkənin sakinləri nüvə enerjisi ide­yasına o qədər də isti baxmırlar. Buna görə də, Avstraliyada enerji sahəsində “yaşıllaş­ması” prosesinin qarşıdakı illərdə daha da intensivləşəcəyini gözləmək olar.

S.ELAY
XQ

Dünya