Ağsuda seçki komissiyaları üzvlərinin məlumatlılığı və peşəkarlığı artırılır

post-img

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 90 saylı Ağsu seçki dairəsində məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər davam edir. Təlimlər seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaq məqsədi daşıyır. Gündə iki sessiya olmaqla keçirilən treninqlərdə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış slaydlardan və əyani vəsaitlərdən istifadə edilərək iştirakçılara səsvermə günü məntəqənin açılmasından başlayaraq sonadək zəruri prosedur qaydalar haqqında müfəssəl məlumat verilir.

90 saylı Ağsu dairə seçki komissiyasının sədri Azad Dursunəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqdə səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və sair məlumatlar da diqqətə çatdırılır. Treninqlərdə dairənin tərkibinə daxil olan 62 seçki məntəqəsindən 372 nəfər komissiya üzvünün iştirakı nəzərdə tutulur.

Sosial həyat