Konfrans qadının böyuk qüvvə olduğunu bir daha sübut etdi

post-img

Azərbaycan qadını xosbəxtdir

Susa şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "İslam dünyasında qadınlar: ənənələr və çağırıslar" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilir.

Konfransda hökumət nümayəndələri, yerli və xarici ölkələrdən gələn, həmçinin Qarabağa köcən sakinlər də daxil olmaqla 120- dən artıq nümayəndə iştirak edir.

Şusaya səfərin 1-çi günü qonaqlar 29 ildən sonra azadlığına qovuşan, azad və təmiz hava ilə nəfəs alan Şusanın tarixi yerlərinə baş çəkdilər. 

Konfransı giriş nitqi ilə AQUPDK - nin sədri Bahar Muradova acaraq  məclisin məhz Şusada keçirilməsinin mənəvi tərəflərindən söz acdı.
Azərbaycan qadınlarının cəmiyyətdə rolundan  qürurla danışan komitə sədri beynəlxalq tədbirlərin Şuşada keçirilməsini Azərbaycanın gücü, onun dünyada haqlı olduğunun qəbul edilməsi kimi dəyərləndirdi. Bildirdi ki, məclisin kecirilməsində qonaqlarla mövzu ilə bağlı müzakirələr aparacaq, dünyaya çağirıslar edəcəyik. Dinimiz və mədəniyyətimiz İslamın bir parçası oldugu üçün onu qoruyacağıq. Gücumüz, birliyimiz nəticəsində Qarabağın ekologiyasına vurulan yaralar artıq sağalmağa başlayır.

Komitə sədri bildirdi ki, Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi kifayət qədər önəmli hadisə oldu: "Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır. Bəşəriyyətin yaranması, inkişaf etməsi, eləcə də yenilənməsində əvəzsiz rol oynayan qadınlar bu gün belə qlobal problemləri aradan qaldırmağın yollarını kişilərlə birgə axtarırlar. COP29-un Təşkilat Komitəsində qadınların üstün iştirakı bunun əyani sübutudur".

B.Muradova xatırlatdı ki, Ermənistanın 30 ilə yaxın yeritdiyi işğalçılıq siyasəti Qarabağ və Şərqi Zəngəzurun ekoloji mühitini təhlükə altına almışdı: “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

Onlar həm bu torpağın sakinləri, həm dövlət, özəl və ictimai qurumların rəhbərləri, siyasi partiyaların üzvləri, mütəxəssis, ekspert, media mənsubu, nəhayət, ana, həyat yoldaşı, qadın olaraq bu ərazilərin ictimai, siyasi, mədəni həyatının bərabərhüquqlu subyekti kimi İslam mədəniyyətinin paytaxtı Şuşadan bütün dünyaya sülh, ədalət və təhlükəsizlik naminə çağırış üçün qayıdır".

Komitə sədri vurğuladı ki, konfransda “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda müxtəlif aspektləri əhatə edən çıxışlar, müzakirələr ediləcək, islam və digər dinlərin mənsublarına islamın sülh, mədəniyyət, inkişaf dini olması və qadınların bu prosesdə iştirakının keçmişi, bu günü və gələcəyi haqda fikirlər çatdırılacaq, dünyanın taleyində birgə roluna dair mühüm çağırışlar səsləndiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov uşaqlığının bir hissəsinin burada keçdiyini bildirdi: "Azərbaycan qadınının Şuşaya, ümumiyyətlə, Qarabağa qayıdışını alqışlayıram. Arzulayıram ki, qadınlarımızin Qərbi Azərbaycana qayıdışını qeyd edək."

Çıxışının sonunda Azərbaycan qadınının xariqələr yaratdıgını diqqətə çatdıran R. Məmmədov dedi: "Konfransın Natəvanın yurdunda keçirilməsinin mənəvi dəyəri var. Üzərində dayandıgımız bu torpaqları azad edən oğulları da Azərbaycan qadınları dünyaya gətirib.
Azərbaycan qadinı xoşbəxtdir. Çunki onun qaygısını çəkən, arxalandığı dövlətimiz var."

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, mövzu aktuallıgina diqqət çəkdi. "Məclisin bu məkanda keçirilməsi qəlbimizi fərəhləndir"- dedi. Çıxisina əlavə olaraq vurğuladı ki, sərt streotiplər belə fikir yaradır ki, İslam dünyasında qadın inkişaf etmir.  Əslində, İslamdan öncə qız uşaqlarının diri- diri basdırılması, İslamdan sonra isə qadına münasibətin dəyişməsi onu göstərir ki, dinimiz qadına böyuk dəyər verir. İslamda kişi kimi qadınin da böyük hüququ var.

Mədəniyyət  nazirinin müavini Səadət Yusifova,Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahid Bağçı və digər çıxıs edənlər Azərbaycan, eləcə də bütün İslam dünyasında qadının böyük qüvvə olduğunu, ailədə və cəmiyyətdə mühüm postlar tutduğunu qeyd etdilər.

Konfrans panel müzakirələrlə davam etdi.

Zərifə Hüseynova
XQ
Susa

Sosial həyat