Braziliyada “Jabuticaba” – Üzüm ağacı adlanan bitki onu görən hər kəsi heyran edir. Bu ağacın digərlərindən fərqi bənövşəyi rəngdə olan meyvələrinin budaqlarda deyil, ağacın gövdəsində bitməsidir.
Yalnız Cənubi Amerikada rast gəlinən bu maraqlı ağac növünə, xüsusilə, Paraqvay, Argentina və Braziliyada rast gəlinir. Ağacın gövdəsində əvvəlcə bənövşəyi çiçəklər açır və bu çiçəklər yavaş-yavaş böyüyərək üzümə bənzər meyvəyə çevrilir. Çiyələkdən bir qədər böyük olan bu meyvələri uzun müddət saxlamaq mümkündür.
Onu da xatırladaq ki, 2 ildən bir bar verən bu ağacın meyvəsindən mürəbbə, marmelad və meyvə şirəsi hazırlanır. Sağlamlıq üçün faydalı olduğuna inanılan Jabuticaba bitkisinin bir sıra xəstəliklərə də xeyri vardır. Belə ki, ağacın meyvələri badamcıq, astma və ishal zamanı qaynadılır və müalicə məqsədi ilə istifadə edilir.
S.FİDAN
XQ