Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

post-img

İyul ayının 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə ( marixuana 34 kq 690 qram; tiryək 2 kq 100 qram) və 1200 ədəd Metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “XQ”yə məlumat verilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Sosial həyat