Avropa İttifaqının təqaüd proqramından faydalanan tələbələr

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq turizm və ölkəşünaslıq ixtisaslaşmasının magistr pilləsində təhsil alan Aysu Nağıyeva və Ləman Vəlizadə 2023/2024-cü tədris ilində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Oradea Universitetində gerçəkləşən təqaüd proqramına qatılıblar.

Universitetin tələbələri 2 ay davam edən təlim-tədqiqat istiqamətli çalışmalarda xüsusi fəallıq nümayış etdiriblər.

ATMU-nun mətbuat xidmətindən aldığımız məlumatda deyilir ki,  A.Nağıyeva və L.Vəlizadə adıkeçən təqaüd proqramının təlim-tədqiqat imkanlarından faydalanmaqla təhsil və karyeraqurma sahəsində peşəkar mütəxəssis kimi fəaliyyətə başlaya biləcəklər.

Z.HÜSEYNOVA
XQ





Təhsil