Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun 75 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Xəbəri “Anadolu” verib.
Prezident Ərdoğan NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün gəldiyi Vaşinqtonda təmaslar aparır. Türkiyə dövlət başçısı xanımı Əminə Ərdoğanla birlikdə Endryu V. Mellon konfrans zalında NATO-nun 75 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbir başlamazdan əvvəl dövlət və hökumət başçıları birgə xatirə şəkli çəkdiriblər. Tədbirin proqramı çərçivəsində müxtəlif hadisələri, o cümlədən İkinci Dünya müharibəsi, NATO-nun yaradılması, Bosniya müharibəsi, Krımın ilhaqı və Rusiya-Ukrayna müharibəsini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbirin açılışında ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberq çıxış ediblər.
P.ƏMİRCANOV
XQ