“Şrek” yenidən qayıdır

post-img

Çoxlarımızın sevərək izlədiyi “Şrek” animasiya filmi 16 ildən sonra mavi ekranlara qayıdır. Bu barədə DreamWorks Animation X film şirkəti məlumat yayıb. 

Xəbərdə filmin süjet xəttinin hələ bəlli olmadığı, ancaq aktyorların məlum olduğu bildirilir. 

Ekran işində Şreki amerikalı komediya aktyoru Mayk Con Mayers, Fionanı amerikalı aktrisa və model Kameron Diaz, Şrekin sadiq yol yoldaşı olan uzunqulağı isə tanınmış aktyor, prodüser Eddi Merfi səsləndirəcək.

“DreamWorks Animation X”, həmçinin əlavə edib ki, filmin ilk nümayişini iyulun 1-i 2026-cı ildən kinoteatrlarda  izləmək mümkün olacaq. 

Qeyd edək ki, “Şrek” animasiya filminin birinci hissəsi 2001-ci ildə ekranlara çıxıb və ən yaxşı cizgi filmi nominasiyasında Oskar mükafatı qazanıb. Filmdən əldə olunan gəlir isə 487 milyon dollar təşkil edib. 

2004-cü ildə “Şrek-2”, 2007-ci ildə “Şrek-3”, 2010-cu ildə isə “Şrek həmişəlik” filmləri nümayiş olunmuşdu.

Fidan

XQ

Mədəniyyət