Goranboy: turizm üçün böyük potensial var

post-img

Goranboy rayonu tarixi və maddi-mədəni abidələrlə zəngindir və  ərazisi turizmin inkişafı üçün geniş potensiala malikdir. Burada vaxtilə qeydiyyata alınmış və yeni aşkar edilmiş tarixi və maddi-mədəniyyət abidlərinə turizm marşrutlarının qurulması, ekskursiyaların təşkili  məqsədəmüvafiq hesab olunur. Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələri, Rus Borisi, Yuxarı Ballıqaya, Buzluq, Erkeç, Mənəşli və Todan əraziləri turizmin inkişafı üçün çox əlverişlidir.

İl ərzində orta hesabla rayona 25-30 min nəfər turist gəlir. Bundan başqa, yay mövsümündə ölkəmizin hər yerindən rayona turistlər gələrək fərdi yaşayış evləri kirayələyirlər. Rayon ərazisində  turizmi inkişaf etdirmək məqsədi ilə əsasən, Goran-Tap Qaraqoyunlu-Talış (Naftalan-Səfikürd-Qaraçinar-Meşəli-Gülüstan-Aşağı Ağcakənd-Yuxarı Ağcakənd-Yuxarı Ballıqaya-Buzluq-Rus Borisi) və Bakı-Qazax avtomobil yollarının (Goranboy-Göygöl, Goranboy-Todan-Mənəşli) istiqamətləri üzrə mənzərələr, meşə örtüyü, tarixi və maddi-mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunur.

“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağl Goranboyda həyata keçirilən silsilə tədbirlərə dəstək üçün yolkənarı obyektlərin müasir memarlıq üslübunda abadlaşdırılması, yenidən qurulması və mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı rayon icra hakimiyyəti tərəfindən əməli tədbirlər davam etdirilir.

Hamlet QASIMOV
XQ-nin bölgə müxbiri

















Sosial həyat