Üzərliksən, havasan – hər bir dərdə davasan

post-img

Ruslarda adı “qarmala”, Şərqdə Suriya “rutu”, bəzi Şərq ölkələrində “qəbirotu”, “cadugər” bitkisi adlanan üzərlik, əsasən, Asiya və Qafqazda bitir. Şərq insanları bu qəribə bitkinin və toxumlarının beyinə, bədənə, ruha təsir etdiyini qədimdən müəyyən ediblər. “Təbabətin atası” İbn Sina “qarmala”nın bihuşedici, təmizləyici və ağrıkəsici təsiri olduğunu demişdir. O, özü oynaq və sinir ağrılarında bədəni “qarmala” yağı ilə yağlamağı tövsiyə edirdi.

Üzərlik hələ tam yetişib toxumları açılmamış toplanır. Qədimdə tüstüsü ilə məbədləri, evləri və xəstə insanları qara qüvvələrdən “təmizləyirdilər”. Eləcə də, üzərlik cadugərlərin, müxtəlif rituallarla məşğul olanların istifadə etdiyi bitki olub. 

Alimlər üzərlik tüstüsünün, həqiqətən, sakitləşdirici, dezinfeksiyaedici təsirini sü­but ediblər. Onun zökəm, qrip, malyariya, mədə-bağırsaq problemi, yaralar və qıcol­malarda, sinir xəstəliklərində faydalı oldu­ğu bildirilir. Toxumunun dəmləməsi astma, təngnəfəslik, bronxitə kömək edir. Oynaq, revmatizm, sümük ağrılarında bitkidən isti vanna edirlər. Hələ də uşaqlar özünü na­rahat hiss edəndə, onlara nəzər dəydiyini düşünüb üzərlik yandırır və onun tüstüsü ilə nəzəri götürürlər. 

Elmi araşdırmalara görə, bitkinin çu­buqlarını yandırarkən buxar və tüstü­sünün təsirindən dizenteriya, vərəm və bağırsaq çöpləri, bakteriya və virusların təsiri, xəstəliklərə yoluxma, eyni zaman­da, yayılma riski azalır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat