Abşeronda yağmursuz və küləkli, bölgələrdə yağıntılı və dumanlı...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhərdən başlayan güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 6-11° isti, gündüz 11-16° isti olacaq. At­mosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələ­cək, nisbi rütubət gecə 70-75 , gündüz 55-60 faiz olacaq. Azərbaycanın rayonlarında səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yer­lərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 17-22°, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya