İmişlidə “Yaşıl” aksiya

post-img

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya – sağlam həyat” adlı tədbir keçirilib.

İmişli şəhər 7 saylı tam orta məktəbin həyətində keçirilən tədbirdə şagirdlərin çəkdikləri rəsm əsərləri nümayiş olunub. 

Tədbirdə dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açılıb. 

Daha sonra ağacəkmə aksiyası keçirilib. Boş qalan sahələr təmizlə­nib, ağaclar üçün çuxurlar qazılıb və yeni tinglər əkilib. 

XQ

Ekologiya