Xankəndi şəhərində silahlar aşkar olunaraq götürülüb

post-img

Aprelin 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot,  5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.  

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri də davam etdirirlər. Aprelin 1-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng və 97 ədəd patron darağı təhvil götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat