Martda doğulmuş naxçıvanlı şəhidlər yad edilib

post-img

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Muxtar Respublikarəhbərliyinin dəstəyi ilə mart ayında doğulmuş naxçıvanlı şəhidlərin xatirəsi ehtiramla anılıb.

Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayən­dələrinin və tələbə-gənclərin iştirak et­diyi mərasim Naxçıvan Televiziyasının doğum günü mart ayında olan şəhidlər barədə hazırladığı videoçarxın nümayiş i ilə başlayıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri videoçarxda bəhs edilən 34 Qarabağ müharibəsi şəhidi­nin portretləri ilə səhnəyə çıxıblar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Preziden­tinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhidlərin xatirəsinin döğul­duqları ayalar üzrə yad edilməsinə başlanmasını üksək qiymətləndirib və belə məraismlərin davam etdirilərək ənənəyə çevriləcəyini söyləyib. Səla­hiyyətli nümayəndə qeyd edib ki, əsr­lər boyu mərhələ-mərhələ Azərbaycan ərazisində yerləşdirilən mənfur qonşu­larımızın ölkəmizə və xalqımıza qar­şı məkrli siyasəti 1918-ci ildə kütləvi soyqırımı miqyası alıb. Həmin il martın son günlərində erməni quduzlaşmış erməni quldur dəstələri Bakı və ətraf yaşayış məntəqələrində, Şamaxının 110, Qubanın 167, Qarabağın 150-dən çox Zəngəzurun 115, Naxçıvanın Yaycı kəndində soyqırımlar törətmiş, evləri talanedib dağıtmışlar. Erməni millətçilərin ötən əsrin sonlarında Qərbi Azərbaycanda və Qarabağda tərətdik­ləri terrorş deportasiya və soyqırımları xalqımıza qarşı davamlı düşmənçilik­dən qaynaqlanmışdır.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanda bu faciələrə ilkdəfə siyasi qiymət verilib və azərbaycanlı­ların ermənilər tərəfindən soyqırımına məruz qalması rəsmi surətdə dünyaya bəyan edilib. Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncam­ları ilə Quba şəhərində Soyqırımı Me­morial Kompleksi yaradılıb, 2018-ci ildə 31 Mart soyqırımının 100-cü ildönümü qeyd edilib. Bunların hər biri xalqımızın qan yaddaşıdır. Qarabağ şəhidləri bu düşmənşiliyə qarşı mübarizənin çağ­daş qurbanları olmuşlar.

Şəhid kapitan Seymur Cabbarovun atası İlham Cabbarov, şəhid leytenant Ramil Əliyevin anası Gülnarə Quliyeva və şəhid Saday Məmmədəliyevin ana­sı Məhəbbət Məmmədəliyeva övlad­larının xatirələrinin qədirbilənliklə yad olunmasının onlarda təskinlik və öyünc oyatdığını bildiriblər.

Sonda Naxçıvan Dövlət Universite­tinin tələbə teatr studiyası və “Belkan­to” vokal qrupunun şəhidlərin xatirəsinə həsr etdiyi bədii kompozisiya təqdim olunub.

XQ



Sosial həyat