“1 günə 100 min ağac”

post-img

Yaz əkin kampaniyası günlərində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş geniş ağacəkmə aksiyası təşkil olunub. “Bir günə 100 min ağacın əkilməsi” şüarı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yeni yaşıllıqlar salınıb, ərazilərə ümumilikdə 100 min müxtəlif meşə və meyvə tingləri əkilib.

Aksiyalarda dövlət və hökumət nü­mayəndələri, özəl təşkilatların kollektivləri, “Ekologiya” və “Yaşıl dünya” könüllüləri, elə­cə də ictimaiyyət nümayəndələri iştirak edib.

Babək rayonunun Vayxır kəndi əra­zisində, Naxçıvan–Şahbuz magistral av­tomobil yolunun sağ kənarında keçirilən aksiya zamanı könüllülərin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş fləşmob da təşkil olunub. Gənclər yeni salınan bağda “Nax­çıvan 100 il” yazısını nümayiş etdiriblər. 

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində il ərzində ölkə­mizin bütün ərazilərində ümumilikdə 5 milyon ağacın əkilməsi nəzərdə tutulub. Həmçinin Naxçıvan Muxtar Respublikası­nın 100 illik yubileyi ilə bağlı hazırlanmış tədbirlər planında muxtar respublika əra­zisində bu il ağacəkmə aksiyalarının ke­çirilməsi öz əksini tapıb. Bu istiqamətdə bu gün akasiyalar Naxçıvan şəhərinin bir çox ərazilərində və muxtar respublikanın bütün rayonlarında davam etdirilib. Aksi­ya iştirakçılarının səyi nəticəsində onlarla yeni meyvə bağı salınıb, minlərlə müxtəlif meşə və meyvə, o cümlədən zeytun ağac­ları əkilib.

Səbuhi HƏSƏNOV
XQ

Sosial həyat