Bu günlərdə Xaçmazda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən təmizlik aksiyasında Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə əməkdaşları, eləcə də yeniyetmə və gənc idmançılar iştirak etmişlər. Onlar rayon mərkəzindəki Olimpiya İdman Kompleksində abadlıq işləri görüblər.
Yeri gəlmişkən, bu xəbəri redaksiyamıza Xaçmaz rayonunun Yergüc kəndində yaşayan bir ağsaqqal göndərib. Yazır ki, son illər Xaçmazın özü və kəndlərində rahat yollar, çox sayda bir-birindən gözəl park və meydançalar salınıb. Təsadüfi deyil ki, Xaçmaza təşrif buyuranların, xüsusilə, turistlərin sayı artır.
M.HACIXANLI
XQ