Qusar şəhərində böyük rus şairi Mixail Lermontovun bu il anadan olmasının 210 illiyi ilə əlaqədar “Lermontov axşamları” ədəbi poeziya festivalının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 1837-ci ildə 23 yaşlı Mixail Lermontov Sank-Peterbuqrda duel nəticəsində həlak olan dahi Aleksandr Puşkinin xatirəsinə "Şairin ölümü" məşhur poemasını yazmışdır. Bundan sonra Lermontov həbs edilərək Qafqaza sürgün edilmişdi.
Lermontov sürgün dövründə 1837-ci ilin payızında Qusarda, buradakı “Zabitlər küçəsi”ndə tanışı, hərbi həkim, podpolkovnik Aleksandr Aleksandroviç Marşevin evində yaşamışdır. Şair Qusarda yaşadığı dövrdə 6 əsər (3 poema və 3 şeir) yaratmışdır.
M.HACIXANLI
XQ