Böyük Vətən müharibəsi (BVM) veteranı Qaflan Ömərov Quba rayonunun Ərməki kəndindəndir. O, 1941-ci ildə faşistlərlə müharibəyə könüllü getmiş və Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Müharibədən sonra doğma yurda qayıdan Q.Ömərov uzun müddət müxtəlif təsərrüfat işlərində çalışmışdır.
Bu günlərdə Qubada Qaflan Ömərovun 100 yaşının tamam olması münasibətilə görüş keçirilib. Tədbirdə Quba RİH-in rəhbər işçiləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər yubilyarın ömür yoluna nəzər salıblar, ona cansağlığı arzulayıblar.
Sonda minnətdarlıq sözləri ilə çıxış edən ağsaqqal bildirib ki, 2020-ci ilin payızında Azərbaycan Ordusunun 44 günlük şanlı savaşdakı parlaq qələbəsi onu son illər ən çox sevindirən hadisə olub. O, böyük qürurla deyibdir: “Bu tarixi Zəfər ömrümü xeyli uzatdı”.
M.HACIXANLI
XQ