70 yanğının qarşısı alınıb

post-img

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Ötən sutka ərzində nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında əlaqədar qurumlar tərəfindən 70 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat