Baş Dövlət Yol Polisi İdarəsi: Mövcud hava şəraiti yollarda təhlükəyə səbəb ola bilər!

post-img

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Müraciətdə bir neçə gün davam edən mülayim hava şəraitinin bu gündən etibarən dəyişdiyi qeyd edilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə ölkə ərazisində temperaturun 5-10 dərəcə aşağı enəcəyi, külək, yağış, sulu qar və qarla müşahidə olunacaq əlverişsiz hava şəraitinın fevralın 18-dək davam edəcəyi gözlənilir.

Hazırda paytaxt ərazisində müşahidə olunan dumanı, eləcə də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçılarıdan yollarda diqqətli olmalarını xahiş edirik”.

Müraciətdə daha sonra deyilir: “Xüsusilə, səfərə çıxan sürücülərə, yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur”.

Sosial həyat