Virtual reallıq nədir?

post-img

Hələ gənclik illərindən yaxından tanıdığım, geniş erudisiyası, məntiqi ilə fəxr etdiyim, dostum, publisist, şiyasi şərhçi Qəzənfər Həmidoğlu bu günlərdə “Facebooksa “Virtual reallıq...” adlı maraqlı bir paylaşım edib. Orada yazılıb: 

“Oğlu atasından soruşur:

– Ata, virtual reallıq nədir?

– Bu, çox qəliz məsələdir, – deyə ata uşağı başından etmək istəyir.

– Olsun, başa sal, – oğul dirənir.

Ata:

– Get anandan, bacından və böyük qardaşından soruş ki, atanı 1 illiyə 1 milyon dollara satarlarmı? 

Oğul gedir anasının yanına:

– Ana, atamı 1 milyona satarsan­mı?

Ana:

– Satmazdım, amma 1 milyon bö­yük puldur. Satmaq olar.

Kiçik qardaş sonra bacısından so­ruşur və bacı heç tərəddüd etmir:

– 1 milyona dünyanı almaq olar. Sataram!

Sualı eşidən böyük qardaş bir az fikirləşir:

– Atamı satmaram, amma 1 milyo­nu alıb aradan çıxaram.

Kiçik qardaş cavabları ataya çatdırır. 

Ata:

– Virtual reallıq odur ki, ailəmizin 3 milyon dolları var. Obyektiv reallıqda isə ailəmizdə 2 xain və 1 dələduz var”.

Görürsünüzmü, virtual və real dəyərlər heç də üst-üstə düşmür. 

M.HACIXANLI
XQ

Sosial həyat