“Vətənim mənim”

post-img

Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” adlı fərdi sərgisinin açılışı olub. Sənətkarın yaradıcılığının 50 illiyi münasibətilə keçirilən tədbirdə 30-a qədər qobelen təqdim edilir. 

Burada rəssamın mühüm tarixi hadisələrə həsr olunan “Qarabağdan məktub”, “Zəfər yolu”, “Şuşa” (triptix), “Vətənim mənim”, “Şuşada toy” əsərlə­ri, “Heydər Əliyev” portreti, milli orna­mentlərlə zənginləşdirilmiş “Köç” qobe­leni sərgilənir. 

Rəssamın yaradıcılığında Abşe­ron motivləri mühüm yer tutur. Sərgi­də məhz bu mövzuda “Abşeron”, “Nar bağı”, “Qızıl balıq” və “Mamırlı daşlar” əsərləri nümayiş olunur. 

Rəssam öz əsərlərində real və mifik heyvanat aləmini də təsvir edir. Ruhun əyilməzliyini və döyüşkənliyi­ni simvolizə edən xoruz, eləcə də əf­sanəvi simurq quşu bir çox qobelenin qəhrəmanıdir. 

Güllər və ağaclar da rəssamın diqqətini cəlb edir və nəticədə “Süsən”, “Baharın gəlişi”, əsas elemnti xarıbül­bül olan “Şuşada toy” kimi əsərlər mey­dana çıxıb. 

Sərgidə təkcə qobelenlər deyil, rəs­samın ideyalarına həyat verən, onun özünün boyadığı iplər və onların rəng­lənməsində istifadə edilmiş bitkilər də nümayiş olunur. Bu əsərlər tamaşaçını A.Şıxəliyevin ecazkar yaradıcı dünyası ilə tanış edir. 

Fidan SALMANOVA
XQ

Mədəniyyət