Fevralın ilk günü yağmursuz və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidromete­orologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyiş­kən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmur­suz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cə­nub-qərb küləyi əsəcək. Gecə 1-3°, gündüz 5-8° isti ola­caq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütu­nundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısa­müddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Q. QASIMOV
XQ

Ekologiya