Ağdam rayonunda şəhid ailələri ziyarət olunub

post-img

Ağdam Rayon  Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət ediblər. Məlumatı DİN mətbuat xidməti verib.   

Polis əməkdaşları onların qayğıları ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər. Aztəminatlı ailələrə də baş çəkən polis əməkdaşları bayram münasibəti ilə onları təbrik edib, problemləri ilə maraqlandırıb, eləcə də bayram sovqatlarını təqdim ediblər. 

P.ƏMİRCANOV
XQ



Sosial həyat