Bakıda telefon oğruları ələ keçiblər

post-img

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, Binəqədi RPİ 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 27-də Binəqədi qəsəbəsi ərazisində bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb. 

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin mobil telefonunu talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Yaqubov müəyyən olunaraq saxlanılıb. 

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərin mobil telefonunu talamaqda şübhəli bilinən Astara rayon sakini Tohid Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

XQ

Sosial həyat